B.e – Şənbə: 09:00–18:00
Vertamed — Sizin hərəkət azadlığınız

Şeno korseti

Şeno korseti
Onurğa korsetləri

Şeno korseti

Skoliozun korreksiyası üçün fərdi hazırlanan Şeno tipli korset.

Şeno (Chêneau) korseti skoliozun konservativ müalicəsində istifadə olunan, onurğanın əyriliyini aktiv şəkildə düzəltməyə yönəlmiş korsetdir. Korset pasiyentin bədən ölçülərinə və rentgen göstəricilərinə əsasən fərdi hazırlanır.

Korsetin daxilində təzyiq və genişlənmə zonaları elə yerləşdirilir ki, onurğa düzgün istiqamətə yönəlsin. Rəng və naxışı pasiyent özü seçə bilir — bu, xüsusilə uşaq və yeniyetmələrin korseti həvəslə geyinməsinə kömək edir.

Müalicənin effektivliyi həkim nəzarəti, düzgün geyinmə rejimi və müntəzəm korreksiya gəlişləri ilə birbaşa bağlıdır.

İstifadə olunduğu hallar: Skolioz

Bu məhsul sizə lazımdır?

Məhsul yalnız həkim təyinatı ilə, pasiyentin ölçüsünə görə hazırlanır. Qiymət ölçü və materialdan asılıdır — həkim təyinatının şəklini göndərin, sizə məlumat verək.